01 May 2024
Təmiz hava PULLU OLACAQ

Təmiz hava PULLU OLACAQ

19 Avqust 2021
Baxış: 875

Yaxın gələcəkdə ətraf mühitin zərərli qazlardan təmizlənməsi üzrə texnologiyalar daha da təkmilləşdiriləcək. Dünya ölkələri müəyyən ödəniş müqabilində bu texnologiyaları əldə etməli olacaqlar.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Bloomberg” Beynəlxalq Enerji Agentliyi və “Credit Suisse” qrupunun ekspertlərinə istinadən məlumat verib.

Bildirilib ki, sənaye müəssisələri üçün atmosferə tullantılara görə icazə almaq getdikcə daha da çətinləşir və bahalaşır.

Bu isə öz növbəsində havanın təmizlənməsi üzrə texnologiyaların inkişafını stimullaşdırır.