27 Aprel 2024
Təl-Əvivdə on minlərlə insan mitinq keçirdi

Təl-Əvivdə on minlərlə insan mitinq keçirdi

28 May 2023
Baxış: 446

İsrailin paytaxtı Təl-Əvivin mərkəzində Benyamin Netanyahu hökumətinin məhkəmə islahatlarına qarşı mitinq keçirilib.

AJMEDİA.İNFO, bu barədə RİA Novosti məlumat yayıb.

İsraildə məhkəmə islahatlarına qarşı kütləvi etirazlar ardıcıl 21-ci həftədir ki, davam edir. Bu şənbə günü təşkilatçılar böyük şəhərlər də daxil olmaqla, ölkə üzrə 150 yerdə mitinq keçirdiklərini elan ediblər.

Təşkilatçıların sözlərinə görə, bugünkü aksiyalarda ümumilikdə 230 minə yaxın insan iştirak edib. Təl-Əvivdəki etiraz aksiyasına müxtəlif hesablamalara görə, 80 minə yaxın fəal toplaşıb.