07 May 2024
Təhsil Nazirliyi şagirdlərin valideynlərindən vaksin vurdurmalarını tələb edir? - RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi şagirdlərin valideynlərindən vaksin vurdurmalarını tələb edir? - RƏSMİ AÇIQLAMA

18 Avqust 2021
Baxış: 647

Təhsil Nazirliyi valideynlərin vaksinasiyadan keçməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

AJMEDİA.İNFO xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov feysbuk hesabında bildirib ki, son vaxtlar onlara sorğu, telefon zəngi ilə müraciət edən jurnalist həmkarlarımızın əksəriyyəti eyni sualı soruşurlar.

“Məktəblərə valideynlərin vaksin olunması ilə bağlı tapşırıq verilibmi?

Cavab budur ki xeyr, verilməyib.

Ancaq suala cavab verilərkən, həm də “bəli” demək istərdik.

Niyə? Ona görə ki, yeni tədris ilində məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır. Bu belə deyilmi!?

Bir sözlə, təhsil üçün vaksinasiya bu gün də aktualdır”.