20 May 2024
Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı: Bu kanalda çalışacaq - FOTO

Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı: Bu kanalda çalışacaq - FOTO

06 Dekabr 2023
Baxış: 428

Aparıcı Nurlana Cəfərova uzun fasilədən sonra "İctimai TV"də işə başlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, o, artıq bu gün "Dikdaban" proqramında aparıcı kimi tamaşaçı qarşısına çıxıb. Bununla bağlı Nurlana sosial şəbəkədə də paylaşım edib:

"3 illik fasilədən sonra yenidən efirə qayıdıram. Bütün bu zaman ərzində məndən öz sevginizi, xoş sözlərinizi, diqqətinizi əsirgəmədiyiniz üçün çox sağ olun".

Qeyd edək ki, proqramda Nurlana ilə yanaşı Aysel Zahidqızı və İlahə Şıxlinskaya da aparıcılıq edir.

Nurlana Cəfərova ATV kanalında, daha sonra isə AzTV-də çalışıb. O, ailə qurduqdan sonra İzmirə köçərək efirdən uzaqlaşmışdı.

Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı: