07 May 2024
Sumqayıtda məzarların dəmir qapıları oğurlandı - FOTO

Sumqayıtda məzarların dəmir qapıları oğurlandı - FOTO

03 Yanvar 2022
Baxış: 480

Sumqayıt qəbiristanlığında oğurluq hadisəsi baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı məlumat və fotofaktlar sosial şəbəkədə paylaşılıb.

Vətəndaşların iddialarına görə Sumqayıtda 42-ci məhəllə adlanan ərazinin yaxınlığında yerləşən qəbiristanlıqdan dəmir qapılar sökülərək oğurlanıb. Məsələdən narahat olan vətəndaşlar bununla bağlı aidiyyəti quruma müraciət ediblər. Onlar oğurluq hallarının qarşısının alınması məqsədilə zəruri nəzarət tədbirlərinin gücləndirilməsini tələb ediblər.

Teqlər: Sumqayıt