02 May 2024
SON DƏQİQƏ! - Ermənistan atəşkəsi pozdu - Müdafiə Nazirliyi

SON DƏQİQƏ! - Ermənistan atəşkəsi pozdu - Müdafiə Nazirliyi

26 May 2021
Baxış: 793

Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Bu barədə AJMEDİA.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb.

Cavab atəşi açılmayıb. İtki yoxdur.