21 Sentyabr 2021

Azerbaijan, Baku

20°C/27°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

Son 24 saatda dünyada koronavirusa 573 mindən çox yoluxma qeydə alınıb

Son 24 saatda dünyada koronavirusa 573 mindən çox yoluxma qeydə alınıb

24 İyul 2021
Baxış: 629

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 573 mindən çox artıb.

AJM pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 573 min 762 nəfər yeni koronavirusa yoluxub, 8 min 646 nəfər isə dünyasını dəyişib. Bununla da yoluxanların ümumi sayı 194 milyon 14 min 60, ölənlər isə 4 milyon 159 min 695 nəfərə çatıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (35,2 milyon), Hindistan (31,3 milyon), Braziliya (19,6 milyon), Rusiya (6 milyon), Fransa (5,9 milyon), Böyük Britaniya (5,6 milyon) və Türkiyədə (5,5 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda ÜST-ni ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.