Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
Cümə axşamı 13:01Siyavuş Novruzovun qardaşı yeni vəzifəyə TƏYİN OLUNDU
15 Sentyabr 2023 13:23 | Baxış sayı: 855
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev millət vəkili Siyavuş Novruzovun qardaşını yeni vəzifəyə təyin edibmiş.
AJMEDİA.İNFO Qaynarinfo-ya istinadən xəbər verir ki, millət vəkilinin qardaşı Novruzov Məhərrəm Dünyamalı oğlu müavafiq əmrlə ƏSMN-nin Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsin Regionlarla İş üzrə Mərkəzi Filialının direktorun müşaviri təyin olunub.
Qeyd edək ki, bundan əvvəl Məhərrəm Novruzov DSMF-nin 1 saylı nümayəndəliyinin müdir müavini vəzifəsində çalışıb. O, həmçinin uzun illər Dövlət Sosial Müdafiə Fondunun Nizami Rayon Şöbəsinin rəisi vəzifəsini də tutub.