02 May 2024
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanıldı-FOTO

Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanıldı-FOTO

15 Sentyabr 2021
Baxış: 472

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəxs saxlanılıb.

AJMEDİA.İNFO xəbər verir ki,Şirvan polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin satışı ilə məşğul olan Şirvan sakini, 1992-ci il təvəllüdlü Asif Nəzərov saxlanılıb.

A.Nəzərovun üzərinə keçirilən baxış zamanı ondan sellofan bükümlərdə olan 21 qram “patı” adlanan psixotrop maddə - metamfetamin, 25 qrama yaxın tiryək, heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-inin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir