İsrailli şair və tərcüməçi Meir Wieseltier 82 yaşında vəfat...
3 saat əvvəlŞimali Koreya növbəti dəfə qitələrarası ballistik raketi sınaqdan keçirib
18 Mart 2023
Baxış: 497
Koreya Xalq Demokratik Respublikası (KXDR) “Hvason-17” seriyalı qitələrarası ballistik raketi uğurla sınaqdan keçirib.
Bu barədə “Koreya səsi” radiostansiyası məlumat yayıb.
“ABŞ və Cənubi Koreyanın etibarlı qüvvələrinin KXDR-ə qarşı keçirdikləri irimiqyaslı hərbi təlimləri səbəbindən Koreya yarımadasında qeyri-sabit vəziyyət yaranır. Bu ciddi şəraitdə, martın 16-da Koreya Fəhlə Partiyasının Mərkəzi Hərbi Komissiyası “Hvason-17” seriyalı qitələrarası ballistik raketin buraxılışını həyata keçirib”-deyə, məlumatda vurğulanıb.
Qeyd olunur ki, raketin buraxılışına Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib.