02 May 2024
“Silahların təhvil verilməsini tələb edirlər. Nə edək?” – Şahramanyanın Paşinyanla TELEFON DANIŞIĞI

“Silahların təhvil verilməsini tələb edirlər. Nə edək?” – Şahramanyanın Paşinyanla TELEFON DANIŞIĞI

24 Oktyabr 2023
Baxış: 379

Ermənistanın Baş naziri Nikol Paşinyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın buraxılmasına dair fərmanın mətni ilə şəxsən tanış olub.

AJMEDİA.İNFO bildirir ki, bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazıb. Nəşrin məlumatına görə, Paşinyan özü Samvel Şahramanyanı Azərbaycanın bütün tələbləri ilə razılaşmağa çağırıb.

“Azərbaycan bütün dövlət qurumlarının buraxılması, silahların təhvil verilməsi tələblərini çatdıranda Şahramanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanla əlaqə saxlayıb. Eyni zamanda, onun vasitəçiliyi ilə Samvelin Paşinyanla tək telefon danışığı olub. Baş nazir Bakının bütün tələblərini yerinə yetirməyə və döyüşlərin Ermənistan ərazisinə keçməsinə imkan verməməyə çağırıb”, deyə “Hraparak” qeyd edib.

Xatırladaq ki, 19 sentyabr tarixində başladılan bir günlük antiterror əməliyyatlarından sonra Samvel Şahmaryan “Dağlıq Qarabağ Respublikasının” buraxılmasına dair fərman imzalayıb. O, bunu hərbi əməliyyatların dayandırılması üçün etdiyini deyib.

“2024-cü il yanvarın 1-dək onların idarə tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və Dağlıq Qarabağ (Artsax) Respublikasının mövcudluğu dayandırılsın” - fərmanda vurğulanıb.(Sfera.az)