29 Aprel 2024
Sentyabrın son gününün HAVA PROQNOZU

Sentyabrın son gününün HAVA PROQNOZU

29 Sentyabr 2023
Baxış: 535

Sentyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 75-85%, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18 dərəcə isti, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacaq.