13 May 2024
"Sentyabrın 14-ü Ermənistan silahlı qüvvələri..." - Müdafiə Nazirliyindən TƏCİLİ MƏLUMAT

"Sentyabrın 14-ü Ermənistan silahlı qüvvələri..." - Müdafiə Nazirliyindən TƏCİLİ MƏLUMAT

14 Sentyabr 2023
Baxış: 418

Sentyabrın 14-ü saat 13:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Dərə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Daryurd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə AJMEDİA.İNFO-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.