21 May 2024
Şenol Günəş AFFA-dan təklif aldığını TƏSDİQLƏDİ: “Oturub danışacağıq”

Şenol Günəş AFFA-dan təklif aldığını TƏSDİQLƏDİ: “Oturub danışacağıq”

07 Dekabr 2023
Baxış: 379

Azərbaycan millisinin baş məşqçi postuna ən real namizədlərdən biri kimi göstərilən Şenol Güneş səssizliyə son qoyub.

AJMEDİA.İNFO xəbər verir ki, tanınmış türkiyəli mütəxəssis "Sportinfo TV"nin aparıcı-eksperti Elçin Cəfərovla söhbəti zamanı bu məsələ ilə bağlı fikirlər səsləndirib.

O, türk futbolunun ölkəmizdə "xaç atası" kimi tanınan Elçin Cəfərova dolayısı yol ilə təklif aldığını deyib:

"Hazırda Avstriyada istirahət edirəm. Azərbaycanın milli komandasında çalışmaqdan qürur duyaram.

Müəyyən adamlar vasitəsilə təkliflər gəlib. Rəsmi dəvəti gözləyirəm, oturub detallı danışmaq lazımdır.

Azərbaycan futbolu yüksəlişdədir. Xeyirlisi deyək, qismət olarsa, millinizi çalışdırmaqdan qürur duyaram".