01 May 2024
Şəmkirdə dava zamanı iki nəfər bıçaqlandı

Şəmkirdə dava zamanı iki nəfər bıçaqlandı

22 Oktyabr 2021
Baxış: 731

Şəmkir rayonunda bıçaqlanma baş verib.

AJMEDIA.INFO xəbər verir ki, hadisə şəhər parkında qeydə alınıb.

Belə ki, parkda baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Hadisə zamanı 1985-ci il təvəllüdlü Nemət Hüseynov və Ədalət adlı digər şəxs bıçaq xəsarəti alıb. Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib.

Onlar bir-birinə xəsarət yetirməkdə şübhəli bilinirlər. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Qeyd edilir ki, bıçaqlanan şəxslər yeznə-qayındır.

Faktla bağlı araşdırmalara başlanılıb.

21:53