27 Aprel 2024
Selin Dion səhhətindəki problemlərə görə konsertlərini ləğv edib

Selin Dion səhhətindəki problemlərə görə konsertlərini ləğv edib

27 May 2023
Baxış: 486

Müğənni Selin Dion səhhətindəki problemlərə görə 2024-cü ilin aprelinə qədər Avropada nəzərdə tutulan konsertlərini ləğv edib.

Bu barədə cümə günü France Info radiostansiyası məlumat yayıb.

Radiostansiya Diondan sitat gətirib: “Çıxış etmək üçün güc tapmağa çalışdım, lakin qastrol mənim üçün həddən artıq ağır ola bilər. Onları səhnəyə çıxa biləcəyim ana qədər təxirə salsaq, daha yaxşı olar".

Məlumata görə, 40-a yaxın konsertin ləğvi müalicə kursu keçmək zərurəti ilə bağlıdır. Müğənninin növbəti çıxışı sentyabrın 1-də Parisdə planlaşdırılıb.

Qeyd edək ki, Dion nadir rast gəlinən “əzələ sərtliyi sindromu”ndan əziyyət çəkir. Xəstəlik insanın mərkəzi sinir sisteminə təsir göstərir ki, bu da əzələ tonusunu artırır və nəticədə ağrılı spazmlar olur. Xəstəlik inkişaf edərsə, xəstənin hərəkət etməsi, avtomobil idarə etməsi, bəzi hallarda isə sərbəst şəkildə yemək qabiliyyəti çətinləşə bilər.

Teqlər: