25 May 2024
Seçicilərin 70 faizdən çoxu SƏS VERİB

Seçicilərin 70 faizdən çoxu SƏS VERİB

07 Fevral 2024
Baxış: 353

Saat 17:00-a olan seçici fəallığı açıqlanıb.

AJMEDİA.İNFO-nun məlumatına görə, MSK-nın katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qurumun Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib ki, saat 17:00-a qədər respublika üzrə seçici fəallığı 70,85% olub.

Qeyd edilən müddətə qədər respublika üzrə 4 590 075 nəfər səs verib.

Hesabat vermiş məntəqələrin sayı 6521-dir.

Qeyd edək ki, növbədənkənar prezident seçkilərində iştirak etmək üçün seçici siyahılarında 6 478 623 nəfər var. Seçicilər 6537 məntəqədə səs verirlər.