17 İyun 2024
Bu ayda evlənənlər XOŞBƏXT OLACAQ - Maraqlı ARAŞDIRMA

Bu ayda evlənənlər XOŞBƏXT OLACAQ - Maraqlı ARAŞDIRMA

24 May 2024
Baxış: 328

Dünyanın bir çox yerlərində, eləcə də ölkəmizdə evliliklə bağlı bir sıra batil inanclar mövcuddur. Belə ki, evlənməyə hazırlaşan insanların çoxu bəzi batil inancları yerinə yetirirlər.

AJMEDİA.İNFO həmin inanclarla bağlı məlumatları təqdim edir:

Düyü tökmək

Yeni evlənən cütlüyün başından düyü tökməyin gənc ailəyə bərəkət gətirəcəyinə inanılır. Gəlin ayaqqabısının altına ad yazmaq yalnız dünyada deyil, ölkəmizdə də mövcuddur. Həmin adlardan hansı tez silinsə, həmin şəxsin tezliklə evlənəcəyinə inanırlar.

Asqırmaq

Toy axşamı bəy və yaxud gəlinin asqırmasının onlara şans gətirəcəyini düşünürlər.

May ayında evlənmək

Qədim zamanlarda insanlar may ayında evlənə bilmirdilər. Çünki may ayı Roma İmperiyasında müqəddəs sayılırdı. Lakin bu ayda evlənənlərin daima xoşbəxt olacaqlarına inanırdılar.

Doğum günündə evlənmək

Bəy və yaxud xanımın doğum günündə evlənməsinin uğursuzluq gətirdiyinə inanılır.

Gəlinlik donuna mirvari taxmaq

Meksikada gəlinlik donuna mirvari taxan gəlinlərin evlilik boyu ağlayacağı düşünülür. Çünki mirvari göz yaşını simvolizə edir.

Toydan əvvəl bəyin gəlini gəlinlikdə görməsi

Bizdə olduğu kimi, Kolumbiya, Braziliya və Meksikada bəyin toydan əvvəl gəlini gəlinlikdə görməsi uğursuzluq hesab olunur.(Sfera.az)