17 İyun 2024
Azərbaycanda YENİ QADAĞA - Bu şəxslər siqaret ÇƏKƏ BİLMƏZ

Azərbaycanda YENİ QADAĞA - Bu şəxslər siqaret ÇƏKƏ BİLMƏZ

23 May 2024
Baxış: 267

Təhsilverən xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkməməlidir.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar verib.

Qərara əsasən, təhsilverən öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində cəmiyyət və dövlətin maraqları naminə keyfiyyətlə, səmərəli və peşəkarlıqla yerinə yetirməyə borcludur.

Təhsilverən təhsilalanların rifahı və öyrənməsi üçün dəstəkləyici, inkişafetdirici, sağlam və təhlükəsiz mühitin qurulmasını təmin etməlidir.