05 İyul 2024
Azərbaycanda maaşlar 100 manata qədər ARTDI

Azərbaycanda maaşlar 100 manata qədər ARTDI

21 May 2024
Baxış: 325

Son bir ildə Bakı şəhərində orta aylıq əməkhaqqının məbləğində 100 manata yaxın artım qeydə alınıb.


AJMEDİA.İNFO açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin aprelin 1-də 1 152 manat olan orta maaş məbləği bu ilin aprelin 1-də 1 244 manata çatıb.


Bir il ərzində paytaxtda muzdla çalışanların orta əməkhaqqı 92 manat artıb.


Son bir ildə paytaxtda çalışanların maaşı ilə yanaşı çalışanların sayında da ciddi artım qeydə alınıb. Bir il əvvəl paytaxtda 905 min muzdlu işçi olub. Amma bu il onların sayı 954,4 minə çatıb. Müqayisə edilən müddətdə işçi sayında 49,4 min artım baş verib.


Xatırladaq ki, Azərbaycanda orta əməkhaqqı 985 manat təşkil edir. Orta maaş Bakıda 1244 manat olsa da kənar regionlarda 675 manatdır. (Sfera.az)