17 İyun 2024
Prezidentə məruzə edən general Sultanov kimdir? - DOSYE

Prezidentə məruzə edən general Sultanov kimdir? - DOSYE

24 May 2024
Baxış: 272

Xəbər verdiyimiz kimi, Qazax rayonunun işğaldan azad edilən dörd kəndində Azərbaycanın Dövlət bayrağı ucaldılıb. Dövlət Sərhəd Xidməti Baş Qərargahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi, general-mayor Vüsal Sultanov bununla bağlı Prezident İlham Əliyevə məruzə edib.

AJMEDİA.İNFO Prezidentə məruzə edən general-mayor Vüsal Sultanov haqqında məlumatları təqdim edir:


Vüsal Sultanov Şabran rayonunda anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin general-mayorudur. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısıdır. 9 dekabr 2020-ci ildə göstərdiyi şücaətə görə "Vətən Müharibəsi Qəhrəmanı" medalı, 24 dekabr 2020-ci ildə isə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Vüsal Sultanov Vətən müharibəsinin ən çətin 5 döyüşündən biri olan Əmirvarlı döyüşlərinə rəhbərlik edib. Polkovnik Sultanov oktyabr ayının 8-dən başlayaraq Əmirvarlı səddinin yarılması üçün gedən əməliyyatlarda iştirak edib.