28 Fevral 2024
Səbinə Kətanova “Prado” ilə piyadanı vurub qaçdı - Cinayət işi başlandı

Səbinə Kətanova “Prado” ilə piyadanı vurub qaçdı - Cinayət işi başlandı

03 Fevral 2023
Baxış: 316

Bloger Səbinə Kətanova avtomobillə piyadanı vurmaqda ittiham edilir.

AJMEDİA.İNFO “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun bir müddət öncə qəza törədərək hadisə yerindən qaçdığı bildirilir.

Belə ki, S.Kətanova özünə məxsus “Toyota Prado” markalı avtomobillə yolu keçmək istəyən piyada Faiq Quliyevi (şərti) vurub. Hadisə Nərimanov rayonu ərazisində baş verib. Bloger hadisəni törətdikdən sonra ərazidən uzaqlaşıb.

Bundan sonra müvafiq kamera görüntüləri araşdırılıb və S.Kətanova barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.