02 May 2024
Şarl Mişel və Vladimir Putin arasında telefon danışığı olub

Şarl Mişel və Vladimir Putin arasında telefon danışığı olub

20 Avqust 2020
Baxış: 1302

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

AJM-nın xəbərinə görə, bu barədə Ş. Mişel "Twitter"də bildirib.

“Dünən Aİ-yə üzv 27 ölkə öz gələcəyini müəyyənləşdirmək istəyən Belarus xalqı ilə həmrəyliyini ifadə etdi. Bu gün bunu mən Rusiya Prezidenti Vladimir Putinə təkrar bildirdim”, - deyə Ş. Mişel qeyd edib.

Aİ Şurasının Prezidenti əlavə edib ki, böhrandan çıxış siyasi inklüziv dialoq, dinc və demokratik proseslə mümkündür.

Xatırladaq ki, dünən Aİ Belarusdakı vəziyyətlə bağlı təcili videokonfrans keçirib. Yekun olaraq bildirilib ki, Aİ Belarusdakı seçkilərin nəticələrini qəbul etmir və ölkədə etirazçılara göstərilən zorakılıq, repressiyalara görə məsuliyyət daşıyan individual şəxslərə qarşı sanksiyalar tətbiq olunacaq.