02 May 2024
Sankt-Peterburqdakı partlayışda xəsarət alanların sayı 40-a çatıb

Sankt-Peterburqdakı partlayışda xəsarət alanların sayı 40-a çatıb

04 Aprel 2023
Baxış: 467

Rusiyanın Sankt-Peterburq şəhərindəki kafedə baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 40-a çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, onlardan 25-i hələ də xəstəxanadadır.

Xatırladaq ki, aprelin 2-də Sankt-Peterburqdakı kafelərdən birində partlayış olub. Hərbi müxbir Vladlen Tatarskinin ölümü ilə nəticələnən hadisədə şübhəli bilinən 1997-ci il təvəllüdlü Darya Trepova saxlanılıb.