07 May 2024
Salyanda avtomobil 26 yaşlı gənci vurdu

Salyanda avtomobil 26 yaşlı gənci vurdu

01 Noyabr 2021
Baxış: 514

Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb. Rayonun Şorsulu kənd sakini, 1995-ci il təvəllüdlü Sabirzadə Sabir Şəhriyar oğlu yolu keçərkən “Moskviç” markalı avtomobil onu vurub.

Müxtəlif xəsarətlər alan yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.