07 May 2024
Saleh Məmmədov üçün seçki olacaq

Saleh Məmmədov üçün seçki olacaq

02 Fevral 2022
Baxış: 638

Azərbaycan Həndbol Federasiyasının (AHF) Hesabat-Seçki Konfransının vaxtı açıqlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, sabah təşkil olunacaq tədbir saat 10:00-da başlayacaq.

Qeyd edək ki, Həndbol Federasiyasının hazırkı prezidenti 2016-cı ilin sonlarından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovdur.

Ötən ilin sonlarından etibarən bəzi kişi həndbolçular maaşların azaldılması ilə bağlı onun rəhbərliyindən şikayət edib. Bu səbəbdən də 14 həndbolçu həm millidən, həm də klublardan uzaqlaşdırılıb.