02 May 2024
Sabiq Prezident Elçibəyin oğlu evlənir - TOY TARİXİ AÇIQLANDI

Sabiq Prezident Elçibəyin oğlu evlənir - TOY TARİXİ AÇIQLANDI

20 İyul 2021
Baxış: 566

Mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev evlənir.

AJMEDİA.İNFO-nun modern.az-a istinadən xəbərinə görə, bu barədə Elçibəyin kürəkəni Aqil Səmədbəyli bildirib.

Onun sözlərinə görə, qaynı Ərturqut Əliyev Əbülfəz bəyin silahdaşı olmuş həmkəndlisi və qohumu Mirhadi müəllimin qızı Aytək xanımla ailə həyatı quracaq.

İyulun 22-si Naxçıvanda qız toyu, iyulun 30-da isə Bakıda oğlan toyu olacaq.

Elçibəyin oğlu Ərturqut Əliyev Fövqəladə Hallar Nazirliyində çalışır.

Mərhum Əbülfəz Elçibəy 1992-93-cü illərdə Azərbaycan Respublikasının prezidenti olub. Elçibəy 22 avqust 2000 -ci ildə vəfat edib. Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.

Elçibəyin iki övladı var: qızı Çilənay bir neçə ildir ki, ailəsilə birgə Türkiyədə yaşayır, oğlu Ərturqut Bakıda Fövqəladə Hallar Nazirliyinin işçisidir.