15 May 2024
Sabiq icra başçısı Elmar Vəliyev və oğlu Elmir Vəliyevin külli miqdarda BORCU VAR

Sabiq icra başçısı Elmar Vəliyev və oğlu Elmir Vəliyevin külli miqdarda BORCU VAR

14 Aprel 2023
Baxış: 275

Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və oğlu Elmir Vəliyevin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şirkətlərinin külli miqdarda vergi borcu yaranıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, vəliyevlərə məxsus bir neçə hüquqi şəxs uzun zamandır ki, dövlətin vergisini ödəməkdən yayınır.

“Artıq problem Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi səviyyəsinə qalxıb” deyən mənbə əlavə edib ki, bu borclar bağlanmasa, vəliyevlər cinayət məsuliyyətinə cəlb olunacaq.