07 May 2024
Saatlıda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb

Saatlıda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb

09 Sentyabr 2021
Baxış: 454

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AJMEDİA.İNFO-ya verilən məlumata görə, Saatlı rayonu Mollavaizli kənd sakini Fariz Balakişiyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.Polis əməkdaşları tərəfindən qaydaları pozan F.Balakisiyevin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar aparılır.