02 May 2024
Rusiyanın erməni mənşəli səfiri İranı qarışdırdı - Tehranla Moskvanın arası dəydi

Rusiyanın erməni mənşəli səfiri İranı qarışdırdı - Tehranla Moskvanın arası dəydi

12 Avqust 2021
Baxış: 698

Rusiyanın İrandakı səfiri Levan Caqaryan 1943-cü ildə Tehran konfransının keçirildiyi tarixi binanın pilləkənində İngiltərənin İrandakı diplomatik missiyasının yeni rəhbəri Saymon Şerkliff ilə xatirə fotosu çəkdirib.

AJMEDİA.İNFO yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfirliyinin rəsmi “Tvitter” səhifəsində paylaşım edilib.

Fotodakı kreslolardan birinin boş olması da diqqətdən yayınmayıb.

1979-cu ildən bəri İranda ABŞ səfirliyi fəaliyyət göstərmir.

Bununla belə, yayılan görüntü İranda ciddi narazılıq doğurub.

Paylaşıma İran vətəndaşları tərəfindən çoxsaylı tənqidi şərhlər yazılıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də paylaşımı lüzumsuz hesab edib.

“Bu gün çox uyğunsuz bir şəkil gördüm. Fikrimcə, 2021-ci ilin avqustunun nə 1941-ci ilin avqustu, nə də 1943-cü ilin dekabrı olduğunu xatırlatmağa ehtiyac var. İran xalqı Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) danışıqları da daxil olmaqla, onların taleyinin heç vaxt xarici səfirliklər və ya xarici qüvvələrin qərarlarından asılı olmayacağını göstərib”.

Bundan sonra Rusiyanın Tehrandakı səfirliyi öz “Tvitter” səhifəsində məsələyə aydınlıq gətirməyə çalışıb.

“Fotomuza bu sayaq reaksiya verildiyini nəzərə alaraq, qeyd etmək istərdik ki, görüntünün antiiran məzmunu yoxdur. İranın dost və mehriban xalqının hisslərini tapdamaq fikrində deyilik. Bu şəkilin yeganə mənası İkinci Dünya müharibəsi zamanı ABŞ-nin nasizmə qarşı birgə səylərini diqqətə çatdırmaqdır. İran bizim dostumuz və qonşumuzdur, münasibətlərimizi qarşılıqlı hörmət əsasında gücləndirməyə davam edəcəyik”.

Xarici işlər nazirinin köməkçisi də İngiltərə və Rusiyanın Tehrandakı səfirlərinin təhqiramiz şəklinə təpki göstərib və onlara nəsihət verib.

XİN rəhbərinin köməkçisi Seyyid Rəsul Musəvi öz “Twitter”” səhifəsində Belçika əsilli Nozun əhvalatını xatırlatmaqla, foto paylaşıb.

Düz 120 il əvvəl və Məhərrəm ayında Rusiya Nozu İranda gömrük naziri təyin etdirib. İranda Məşrutə inqilabından sonra müsyö Noz İrandan qovulub.

Nazir köməkçisi Musəvi fotoya bu qeydini əlavə edib: “Fars dilini bilən İngiltərə və Rusiya səfirlərinə Nozun əhvalatını oxumağı məsləhət görürəm”.

Rusiyanın erməni mənşəli səfiri İranı qarışdırdı - Bir paylaşımla Tehranla Moskvanın arası dəydi

Rusiyanın erməni mənşəli səfiri İranı qarışdırdı - Bir paylaşımla Tehranla Moskvanın arası dəydi

Rusiyanın erməni mənşəli səfiri İranı qarışdırdı - Bir paylaşımla Tehranla Moskvanın arası dəydi