06 May 2024
Rusiyadan NATO-ya: "Sizi 30 dəqiqəyə YOX EDƏRİK!"

Rusiyadan NATO-ya: "Sizi 30 dəqiqəyə YOX EDƏRİK!"

09 May 2022
Baxış: 434

Rusiyanın Ukrayna işğalını davam etdirdiyi sırada rəsmi Moskvadan NATO-ya xəbərdarlıq mesajı göndərilib.

AJMEDİA.İNFO xəbər verir ki, Roskosmos Dövlət Kosmik Fəaliyyət Təşkilatının (Roskosmos) rəhbəri Dmitri Roqozin "Nüvə müharibəsi başlayarsa, NATO ölkələri 30 dəqiqə içərisində yox ediləcək", deyib.

O bildirib ki, buna imkan verilməməlidir, çünki qarşılıqlı nüvə hücumlarının nəticələri dünya üçün çox ağır olardı:

"Ona görə də biz bu iqtisadi və hərbi cəhətdən daha güclü olan düşməni ənənəvi üsullarla məğlub etməli olacağıq”.

Sənayenin dərhal hərbi məqsədlərə xidmət edəcək şəkildə dizayn edilməsinin mühümlüyünü bildirən D. Roqozin, "Belə bir qələbə ölkənin ordu ilə tam həmrəyliyi və dövlət iqtisadiyyatının səfərbərliyi ilə mümkündür", - deyə diqqətə çatdırıb.

Qeyd edək ki, bundan əvvəl Dmitri Roqozin ABŞ-ı vura bilən nüvə raketləri ilə bağlı açıqlaması ilə gündəmə gəlib.(sfera.az)