17 İyun 2024
Rusiyada 100-ə yaxın bina yanıb, ölən var

Rusiyada 100-ə yaxın bina yanıb, ölən var

26 Aprel 2023
Baxış: 450

Rusiyanın Sverdlovsk vilayətinin Sosva kəndində baş vermiş yanğın nəticəsində 92 binaya ziyan dəyib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi “Telegram” kanalında məlumat yayıb.

Qeyd olunub ki, yanğın zamanı bir nəfərin meyiti tapılıb.

Qeyd olunur ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin helikopteri də daxil olmaqla 120 nəfəri və 33 texnikası cəlb olunub.

İdarədən verilən məlumata görə, quru otların çox olması səbəbindən yanğın genişlənməkdə davam edir.

Teqlər: