02 May 2024
Rusiya XİN başçısı: “Söhbət postsovet məkanı uğrunda mübarizədən gedir”

Rusiya XİN başçısı: “Söhbət postsovet məkanı uğrunda mübarizədən gedir”

19 Avqust 2020
Baxış: 1352

“Belarusda baş verənlər bizi olduqca narahat edir”.

AJM-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Bu hadisələrə və proseslərə kənardan müdaxilə etmək üçün Belarusun, Belarus xalqının və rəhbərliyinin hazırda üzləşdiyi daxili çətinliklərdən istifadə etmək cəhdi bizi narahat edir”, - deyə Rusiya XİN başçısı bildirib.

Onun sözlərinə görə, bu, xaricdən sadəcə müdaxilə deyil, belaruslulara xarici oyunçuların özləri üçün sərfəli hesab etdikləri qaydalar tətbiq olunması məqsədi ilə edilir.

“Heç kəs gizlətmir ki, söhbət geosiyasətdən, postsovet məkanı uğrunda mübarizədən gedir. Biz bu mübarizəni Sovet İttifaqı mövcudluğunu bitirdikdən sonra vəziyyətin inkişafının ilkin mərhələlərində görmüşdük. Buna sonuncu nümunə, əlbəttə ki, Ukraynadır. Avropa paytaxtlarından, hər şeydən öncə Baltikyanı ölkələrdən, eləcə də Polşadan, Avropa Parlamentindən hazırda eşitdiklərimiz - bunun hamısı Lukaşenko, insan hüquqları və demokratiya haqqında deyil, Qərbdəki tərəfdaşlarımızın qitəmizdə və dünyanın digər yerlərində gündəlik həyatda tətbiq etmək istədikləri qaydalar haqqındadır”, - deyə rusiyalı nazir qeyd edib.

Teqlər: Rusiya XİN