15 May 2024
Rusiya Ukraynadan sonra Almaniyanı işğal edəcək, Moskvaya sponsorluq etməyi DAYANDIRIN - Zelenskidən SƏRT ÇAĞIRIŞ

Rusiya Ukraynadan sonra Almaniyanı işğal edəcək, Moskvaya sponsorluq etməyi DAYANDIRIN - Zelenskidən SƏRT ÇAĞIRIŞ

21 Mart 2022
Baxış: 561

“Almaniya və digər Avropa ölkələri, Ukraynaya qarşı qanlı müharibə aparan Rusiyaya sponsorluq etməyi dayandırın!”.

AJMEDİA.İNFO Konkret.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski martın 21-də videomüraciəti zamanı deyib.

Zelenski bildirib ki, əgər Avropa şirkət və bankları Rusiya ilə ticarəti dayandırsa, rusların müharibəni davam etdirmək imkanı olmayacaq:

“Almanlar, sizin gücünüz var. Avropa hər raketdən, istənilən tankdan güclüdür. Sizin şirkətləriniz və banklarınızla ticarət edə bilməsə, Rusiyanın müharibə üçün pulu olmayacaq. Tezliklə sülh olsun! Bunu edə bilərsiniz.

Xahiş edirəm Rusiyanın döyüş maşınına sponsorluq etməyin! İşğalçılara bir avro da verməyin! Bütün limanlarınızı bağlayın, mal göndərməyin, Rusiyanın enerji resurslarından imtina edin. Rusiyanın Ukraynanı tərk etməsi üçün təzyiq edin. İnanıram, bilirəm ki, sülh mümkündür. Ancaq sülhün gəlməsi üçün hərəkət etməlisiniz. Bütün Almaniya, bütün Avropa Rusiyaya müharibəni davam etdirmək üçün şans verməməlidir. Sülh üçün tez hərəkətə keçin! Heç kimin xalqları məhv etməyə və Avropanı parçalamağa haqqı yoxdur”.

Zelenski vurğulayıb ki, Ukrayna dünyanın ən böyük ordularından birinə- raketlərə, bombalara, raket artilleriyasına qarşı, rusların artıq “Berlinə” yazdıqları təyyarə və helikopterlərə qarşı mübarizə aparır. Onlar daha da irəli getmək istəyirlər. Ukraynadan çox uzağa, hər yerə getmək istəyirlər”.

Xatırladaq ki, bu Ukrayna hökumətinin Almaniyaya qarşı ilk belə sərt çıxışı deyil. Martın 19-da Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak Almaniyanın müdafiə naziri Kristin Lambrextin Ukraynadakı hadisələri müharibə adlandırmamasını sərt tənqid etmişdi.

Teqlər: Zelenski