06 May 2024
Rusiya-Ukrayna müharibəsində Moskva üçün ƏN BAHALI HƏRBİ İTKİ - 750 MİLYON DOLLAR + FOTOLAR

Rusiya-Ukrayna müharibəsində Moskva üçün ƏN BAHALI HƏRBİ İTKİ - 750 MİLYON DOLLAR + FOTOLAR

15 Aprel 2022
Baxış: 497

“Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının “Moskva” raket kreyseri batıb”.

AJMEDİA.İNFO bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir.

Məlumatda bildirilib ki, gəminin batmasına səbəb havanın fırtınalı olması olub:

“Moskva” raket kreyserinin təyinat limanına çəkilməsi zamanı gövdəsində sursatlar partlayaraq yanğın törədib. Nəticədə gövdəyə ziyan dəyib və o, müvazinətini itirib. Dənizdəki fırtına səbəbindən isə batıb”.

Ukrayna tərəfi gəminin yerli istehsal “Neptun” gəmi əleyhinə raket sistemləri ilə vurulduğunu bildirib. Rusiya Müdafiə Nazirliyi isə gəmidə partlayış olduğunu təsdiqləyib.

Qeyd edək ki, “Moskva” kreyseri Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının flaqmanı hesab olunub. Kreyserin sıradan çıxarılması Moskva üçün Ukrayna müharibəsi başlayandan indiyə qədər ən bahalı itki olub. Ukraynanın kreyseri vurduğu “Neptun” raketləri 26 milyon dollar, Rusiyanın “Moskva” raket kreyseri isə 750 milyon dollar idi.

Xatırladaq ki, Rusiya fevral ayının 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

(Konkret.az)