06 May 2024
Rusiya sülhməramlıları Qarabağın bu ərazilərindən ÇIXDI

Rusiya sülhməramlıları Qarabağın bu ərazilərindən ÇIXDI

05 May 2022
Baxış: 719

Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları iki nəzarət-buraxılış məntəqəsini ləğv edərək oradan çıxıblar.

AJMEDİA.İNFO xəbər verir ki, sökülən hər iki nəzarət-buraxılış məntəqəsi Sos ( Xocavənd – red. ) və Xaçmaç ( Xocalı – red. ) kəndlərində yerləşirdi.

Bildirilib ki, sülhməramlılar həmin kəndlərdə nəzarət-buraxılış məntəqəsi saxlamağı mənasız hesab edib, ona görə də onu söküblər.

Ərazidən çıxarılan rusiyalı hərbçilərin hara köçürülməsi haqqında məlumat verilməyib.(unikal.org)