02 May 2024
Rusiya pasportu almış miqrantlar zorla müharibəyə APARILIR - Yoxsa vətəndaşlıqdan ÇIXARILACAQLAR

Rusiya pasportu almış miqrantlar zorla müharibəyə APARILIR - Yoxsa vətəndaşlıqdan ÇIXARILACAQLAR

11 Aprel 2022
Baxış: 699

Rusiya vətəndaşlığını qəbul etmiş miqrantlar məcburi müharibəyə cəlb olunurlar.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” məlumat yayıb. Rusiya vətəndaşlığı almış miqrantlar Ukraynaya döyüşməyə getmədikləri təqdirdə vətəndaşlıqdan çıxarılacaqları ilə hədələnirlər.

Qırğızıstanın Oş şəhərindən olan 25 yaşlı Sardarbek Mamatillayev Rusiya vətəndaşlığından məhrum olmamaq üçün müharibəyə getməyə məcburdur.

O, bir neçə ay əvvəl Rusiya vətəndaşlığını alıb, bu yaxınlarda isə hərbi komissarlıqdan çağırış vərəqəsi alıb.

Eyni zamanda o, hərbi komissarlığa gəlmədiyi təqdirdə pis nəticələnəcəyi barədə xəbərdar edilib.(konkret.az)