02 May 2024
Rusiya hərbi təyyarəsi Litvanın hava məkanını pozdu: Prezident çıxışını yarıda kəsdi - VİDEO

Rusiya hərbi təyyarəsi Litvanın hava məkanını pozdu: Prezident çıxışını yarıda kəsdi - VİDEO

09 İyul 2021
Baxış: 517

Litva prezidenti Gitanas Nauseda və İspaniya Baş naziri Pedro Sançezin “Siauliai” hərbi aviasiya bazasında təşkil etdikləri birgə mətbuat konfransı yarıda kəsilib.

AJMEDİA.İNFO xəbər verir ki, buna səbəb kimi Rusiyaya aid hərbi təyyarənin öncədən bildiriş etmədən Litva hava məkanına daxil olması göstərilib.

Belə ki, Litva dövlət başçısının çıxışı zamanı hərbi bazada hərəkətlilik yaşanıb. Pilotlar cəld qırıcılara minib, mühafizəçilərsə rəsmiləri təhlükəsizlik məqsədilə ərazidən uzaqlaşdırıblar.

İnsidentdən sonra Litva prezidenti Rusiyanı aqressiv siyasətdə ittiham edib. Rusiya Müdafiə Nazirliyi isə hərbi təyyarəsinin digər ölkələrin hava məkanına daxil olmadan, beynəlxalq normalara uyğun şəkildə hərəkət etdiyini bildirib.