07 May 2024
"Rusiya heç Əfqanıstanda bu qədər itki verməmişdi" - Zelenskidən ŞOK AÇIQLAMA

"Rusiya heç Əfqanıstanda bu qədər itki verməmişdi" - Zelenskidən ŞOK AÇIQLAMA

15 Mart 2022
Baxış: 352

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun 18-ci günündəyik. 18 gündə 13 min rus hərbçisi öldürülüb.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında paylaşdığı video-müraciətində deyib.

"Bu qədər itki Çeçenistan və Əfqanıstan müharibələrində olmayıb. Rusiya Silahlı Qüvvələrinə məxsus 74 təyyarə, 86 helikopter, 1000-dən çox zirehli texnika məhv edilib. Ukrayna geri çəkilməz, xalq geri çəkilmir. Ukrayna qəhrəmancasına döyüşür. 125 min nəfər təxliyə etmişik. Bu gün ən vacibi Mariupoldur. Ora indidən 100 ton humanitar yardım göndərmişik və vətəndaşlarımızın yardımı ala bilmələri üçün əlimizdən gələn hər şeyi edirik", - Zelenski bildirib.