07 May 2024
Rusiya bu ölkələri nüvə silahı ilə TƏHDİD ETDİ

Rusiya bu ölkələri nüvə silahı ilə TƏHDİD ETDİ

15 Aprel 2022
Baxış: 506

“Finlandiya və İsveç NATO-ya daxil olarsa, o zaman Rusiya Baltik dənizində öz müdafiəsini daha da gücləndirəcək. Biz həmçinin qeyd olunan ərazidə nüvə silahlarının yerləşdirilməsinə başlayacağıq”.

AJMEDİA.İNFO Reuters-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev çıxış edib.

D. Medvedev əlavə edib ki, Stokholm və Helsinki NATO-ya daxil olmaq qərarına gəlsələr, o zaman unutmamalıdırlar ki, Rusiya Baltik dənizi ərazisində nüvə silahı yerləşdirməyə hazırdır.