06 May 2024
Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli İşçi Qrupun iclası keçirildi

Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli İşçi Qrupun iclası keçirildi

20 Oktyabr 2021
Baxış: 397

Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli İşçi Qrupun iclası keçirilib.

AJMEDİA.İNFO xəbər verir ki, Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk iştirak ediblər.

Sayca keçirilən 8-ci iclasda Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 11 Yanvar 2021-ci il tarixli Bəyannaməsi çərçivəsində Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivlərini nəzərdən keçirilib və bu istiqamətdə görülən işlərin gedişaatı müzakirə edilib.

Tərəflər 8-ci görüşün ikinci hissəsinin yaxın gələcəkdə keçirilməsi barədə razılığa gəliblər.