07 May 2024
Rus "NATO"sunun Qazaxıstana neçə hərbçi GÖNDƏRDİYİ AÇIQLANDI

Rus "NATO"sunun Qazaxıstana neçə hərbçi GÖNDƏRDİYİ AÇIQLANDI

07 Yanvar 2022
Baxış: 645

KTMT-nin Qazaxıstandakı kollektiv sülhməramlı qüvvələrinin sayı təxminən 2,5 min nəfər olacaq.

AJMEDİA.İNFO xəbər verir ki, bunu təşkilatın baş katibi Stanislav Zas bildirib.

O qeyd edib ki, lazım gələrsə, hərbi kontingentin sayı artırıla bilər.

“Kollektiv sülhməramlı qüvvələrin ümumi sayı fərqli ola bilər. Hazırda qəbul edilmiş qərara əsasən, təxminən 2500 nəfərdir. Sülhməramlıların sayı mövcud vəziyyətdən asılı olacaq. Bizdə KTMT-nin sülhməramlı qüvvələrinə daxil olan bütün birləşmələrin siyahısı var - təxminən 3,6 min. Buna görə də, lazım gələrsə, Qazaxıstanda qruplaşmanı gücləndirəcəyik”, -deyə Zas bəyan edib.