13 May 2024
Rövnəq Abdullayevin vəziyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA: "Hazırda..."

Rövnəq Abdullayevin vəziyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA: "Hazırda..."

15 Yanvar 2024
Baxış: 371

Bir neçə gün əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayevin səhhətinin pisləşdiyi ilə bağlı məlumat yayılıb.

Məhz buna görə AFFA-nın İcraiyyə Komitəsinin 11 yanvar tarixində Gəncədə keçirilməsi planlaşdırılan iclası və Gəncədə futbol akademiyasının açılışı ləğv olunmuşdu.

AJMEDİA.İNFO xəbər verir ki, Modern.az Rövnəq Abdullayevin səhhətini aydınlaşdırmaq üçün AFFA ilə əlaqə saxlayıb.

Qurumun mətbuat katibi Elnur Məmmədli saytımızın sorğusuna cavab olaraq hazırda Rövnəq Abdullayevin vəziyyətinin yaxşı olduğunu söyləyib:

"Heç bir ciddi problem yoxdur. Sadəcə soyuqdəymə, qrip idi. Hazırda Rövnəq Abdullayevin vəziyyəti yaxşıdır. Heç bir problem yoxdur".