06 May 2024
Ronaldo matçda rəqib futbolçuya ŞİLLƏ VURDU - ANBAAN VİDEO

Ronaldo matçda rəqib futbolçuya ŞİLLƏ VURDU - ANBAAN VİDEO

02 Sentyabr 2021
Baxış: 715

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo DÇ-2022-nin seçmə mərhələsində İrlandiyaya qarşı matçda (2:1) rəqib futbolçu Daru Oşinin üzünə şillə vurub.

AJMEDİA.İNFO xəbər verir ki, bu, 15-ci dəqiqədə İrlandiyanın qapısına penalti təyin olunan zaman baş verib.

Belə ki, 36 yaşlı hücumçu topu penalti nöqtəsinə gətirdiyi vaxt Oşi topa toxunaraq onu hərəkət etdirib.

Bundan sonra duyğularına hakim ola bilməyən Ronaldo rəqibinə üzünə əli ilə zərbə vurub. Görüşün baş hakimi oyunçulara qarşı heç bir sanksiya tətbiq etməyib.

Ronaldo isə dubl etdiyi oyunda penaltini düzgün yerinə yetirə bilməyib.