Fransa XİN başçısı Benyamin Netanyahu ilə GÖRÜŞDÜ
9 saat əvvəlReytinq rekordları qıran “Kuruluş Osman” Şuşada ÇƏKİLƏCƏK - FOTOLAR
07 İyul 2022
Baxış: 500
Türkiyənin ATV kanalında yayımlanan “Kuruluş Osman” serialının 3-cü sezonunun bir neçə bölümünün Şuşada çəkiləcəyi iddia olunur.
AJMEDİA.İNFO xəbər verir ki, OLAY-ın əldə etdiyi məlumata görə, Burak Özçivitin Bakıya gəlişinin digər səbəblərindən biri də bu imiş.
Serialın ötən bölümlərindən birində Osman bəyin başına toplaşan əsgərlərə “Şərqdəki Şuşa da bizimdir” deməsinin də, gələcəkdəki hadisələrin burada cərəyan etməsinə eyham olduğu bildirilir.
Qeyd edək ki, “Kuruluş Osman”da həmyerlimiz, Avropa çempionu Zabit Səmədov da rol alır. Daha əvvəl isə Səmədovun oynadığı Gence Bəy Şuşadan müharibədən gəldiyini, düşmənləri iti qovan kimi qovduqlarını demişdi.
Onu da bildirək ki, serial yeni televiziya mövsümündən AzTV-də də yayımlanacaq.