Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
Cümə axşamı 13:01Rasim Balayev: “Qələt edirlər, onun cinsi azlıq olduğunu bilsəydim...”
22 Avqust 2023 10:00 | Baxış sayı: 3516
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev cinsi azlığın nümayəndəsi kimi tanınan ABŞ-da yaşayan jurnalist İsmayıl Cəlilova müsahibə verdiyi üçün tənqid olunmasına münasibət bildirib.
AJMEDİA.İNFO xəbər verir ki, R.Balayev Pravda.az-a açıqlamasında onun İsmayıl Cəlilovun cinsi azlığın nümayəndəsi olduğunu bildiyi halda müsahibə verdiyini deyənlərə belə cavab verib:
“Qələt edirlər. İsmayıl Cəlilovun cinsi azlığın nümayəndəsi olduğunu bilsəydim, əlbəttə, ona müsahibə verməzdim. Mən elə adamlarla danışmazdım. Ümumiyyətlə, bu, bədbəxtlikdir. Nə bilim, vallah. Onlar mənim nəyimə lazımdır?”
Xatırlatma: ANS ÇM radiosunun əməkdaşı olmuş İ.Cəlilov Amerikaya mühacirət edib. O hətta cinsi azlığın nümayəndəsi kimi homoseksual tərəfdaşı ilə evlənib. İ.Cəlilovun müsahibədə Rasim Balayevə “mən də cinsi azlığam, amma özümü müsəlman sayıram, siz də məni müsəlman sayırsınızmı?” sualına R.Balayev “əgər siz geysinizsə, yox” deyib. O, İ.Cəlilovun “məni öz vətəndaşınız kimi görürsünüzmü?” sualına isə “eşitdim və təəccüb qaldım” cavabını verib.