07 May 2024
Ramzan Kadırov qızının ölümündən DANIŞDI - Putinə TƏŞƏKKÜR ETDİ

Ramzan Kadırov qızının ölümündən DANIŞDI - Putinə TƏŞƏKKÜR ETDİ

17 Noyabr 2022
Baxış: 1821

Çeçenistan rəhbəri Ramzan Kadırov qızlarından birinin ölümündən danışıb. "Telegram" kanalında o, həyat yoldaşı Medni Kadırova ilə qızının ilk övladı olduğunu və körpəlikdə dünyasını dəyişdiyini yazıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Rosbalt" yazıb.

"İndi 14 uşağımız var. Baxmayaraq ki, 15 olmalı idi”, deyə Kadırov yazıb və əlavə edib ki, ilk qızı doğulandan az sonra ölüb.

Çeçenistan rəhbəri əlavə edib ki, işinin çox olması səbəbindən ailəsi nadir hallarda bir araya gələ bilir, lakin o, uşaqlardan heç vaxt bir "narazılıq işarəsi" belə eşitməyib. Düzdür, böyük qızları ona etiraf ediblər ki, uşaqlıqda diqqətsizlik səbəbindən tez-tez inciyirmişlər. Anaları isə onlara başa salıb ki, siz "ataya yük deyil, dayaq olmalısınız”.

Yazıda Kadırov, həmçinin həyat yoldaşına "Qəhrəman Ana” titulu verdiyi üçün Rusiya prezidenti Vladimir Putinə təşəkkür edib.(qaynarinfo)