13 May 2024
"Qurana and içmişəm ki, onun ölüm hökmünü özüm çıxaracağam"

"Qurana and içmişəm ki, onun ölüm hökmünü özüm çıxaracağam"

23 Fevral 2024
Baxış: 350

Hakimlik bəlkə də yeganə vəzifədir ki, qanunların aliliyi ilə bağlı qərarların qəbulu həm də onun vicdan və ədalətinə buraxılır.

AJMEDİA.İNFO Unikal-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

Deputat özünün işlədiyi dövrlərdən danışıb:

"Biz işləyən zaman qərar qəbul etmişdi ki, heç bir hakim məruzə etməyəcək. Qanuna uyğun, ədalət və vicdanla məsələni həll etməlidir. Hətta o vaxt ölüm hökmü var idi. Demişəm ki, kim qanunu pozub rüşvət alacaqsa, and içirəm qurana, ölüm hökmünü onun haqqında özüm çıxaracam".