07 May 2024
Qubadlıda mina partladı: YARALI VAR - "Dina" ÖLDÜ

Qubadlıda mina partladı: YARALI VAR - "Dina" ÖLDÜ

30 Avqust 2022
Baxış: 430

İşğaldan azad edilmiş Qubadlı rayonu ərazisində avqustun 30-da piyada əleyhinə mina partlayışı qeydə alınıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, partlayış nəticəsində, Agentliyin minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan Belçika malinuası - "Dina" ləqəbli minaaxtaran it ölüb.

“Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə məlumatda bildirilir.