06 May 2024
Qırğızıstan nota verdi, Qazaxıstan geri addım atdı – FOTO

Qırğızıstan nota verdi, Qazaxıstan geri addım atdı – FOTO

10 Yanvar 2022
Baxış: 656

Qazaxıstanda saxlanılan və kütləvi iğtişaşların iştirakçısı elan edilən Qırğızıstandan olan caz musiqiçisi Vikram Ruzaxunov azadlığa buraxılıb.

AJMEDİA.İNFO xəbər verir ki, cazmenin sərbəst buraxılması ilə bağlı məlumatı Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat xidməti də təsdiqləyib.

Musiqiçi gün ərzində vətəninə gətiriləcək.

Bundan əvvəl Qazaxıstan mediası saxlanılan şəxsin 90 min təngə (200 ABŞ dollarından çox) qarşılığında iğtişaşlarda iştirak etdiyini etiraf edən video yayımlayıb. Həmin şəxs işləmək üçün Qırğızıstandan gəldiyini deyib, amma araşdırma zamanı onun Bişkekdə bir caz orkestrinin rəhbəri Ruzaxunov olduğu məlum olub.

Qırğızıstanın Daxili İşlər Nazirliyi musiqiçinin Almatıya qastrol səfərinə gəldiyini bildirib.

Dünən Qırğızıstan məsələ ilə əlaqədar Qazaxıstana nota vermişdi.